"Fransızlar Makronun siyasətini dəstəkləməyəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"Fransızlar Makronun siyasətini dəstəkləməyəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"Fransada məhz Makronun prezidentliyi dövründə geniş, ölkə miqyaslı etirazların şahidi olduq. Müxtəlif etirazların hər biri göstərir ki, Makronun hakimiyyəti illərində siyasət konkret olaraq cəmiyyəti razı salmır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Fransa vətəndaşlarının hüquq və azadlıqlarının funksional vəziyyəti pisləşir: "Hüquq, pensiya sahəsində Makron hakimiyyətinin həyata keçirdiyi siyasi islahatlar əhalinin narazılığına gətirib, çıxarır. Buna görə də xalq növbəti mərhələdə prezident Makronun siyasətini dəstəkləməyəcək. Növbəti seçkilərdə onun namizədliyi irəli sürülməyəcək. Buna baxmayaraq, onun partiyasından namizədlər də ola bilər.

Əhalinin istəyi ölkədə sosial vəziyyətin yaxşılaşmasından, pensiya yaşının azaldılması və digər siyasi, hüquqi və təməl hüquqlarının doğruldulmasıdır. Lakin Fransa prezidenti xalqın istəklərini yerinə yetirmədi. Buna görə də bu gün xalq küçələrdədir və etirazlarını davam etdirirlər. Düşünürəm ki, etirazlar daha da artaraq, geniş miqyaslı hal alacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə