Pakistanda bombalı hücum təşkil edilib - Ölən və yaralananlar var

Pakistanda bombalı hücum təşkil edilib - Ölən və yaralananlar var

Pakistanın Bəlucistan əyalətinin Kuetta şəhərinin hərəkətli küçələrindən birində polis əməkdaşlarını daşıyan avtomobilə bombalı hücum təşkil edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Səlahiyyətlilər hücumda 3-4 kiloqram partlayıcıdan istifadə edildiyini açıqlayıb.

Hələlik hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə