“Aeroflot” tarixində ilk dəfə təyyarələrini təmir üçün İrana göndərib

“Aeroflot” tarixində ilk dəfə təyyarələrini təmir üçün İrana göndərib

“Aeroflot”, sanksiyalara görə, şirkət tarixində ilk dəfə olaraq özünün Airbus A330-300 təyyarəsini təmir üçün İrana göndərib və burada təyyarələrə İranın ən böyük Mahan Air aviadaşıyıcısının texniki işçiləri xidmət göstərəcəklər.

Qeyd edək ki, SİA bununla bağlı RBC mənbələrinə istinad edir.

Beləliklə, mənbənin məlumatına görə, İran aviaşirkətinin mütəxəssisləri təyyarənin eniş şassisinə texniki xidmət göstərəcəklər. Əvvəllər bu məqsədlər üçün “Aeroflot” digər provayderlərin, xüsusən də Honq-Konqun HAECO-nun imkanlarından istifadə edirdi. Lakin sanksiyalar səbəbindən Rusiya aviaşirkətlərinə təmir xidmətləri və ehtiyat hissələrinin tədarükü dayandırılıb.

Qeyd edilməlidir ki, “Aeroflot”, bundan əvvəl bir neçə ay ərzində İranda texniki xidmət imkanlarını müzakirə edib. “Aeroflot” nümayəndələrinə görə, Mahan Air lazımi maddi bazaya, sertifikatlara və böyük təcrübəyə malikdir deyə, provayder texniki xidməti yüksək keyfiyyətlə həyata keçirir.

Bundan əvvəl Rusiya aviaşirkətləri Rusiyanın regional “Sukhoi Superjet” laynerlərində mühərrik qığılcımlarının çatışmazlığı səbəbindən uçuşları dayandıra biləcəyi barədə xəbərdarlıqlar etmişdilər.

Qeyd edək ki, “Sukhoi Superjet” laynerlərində mühərriklər fransız, onlar üçün şamlar isə ABŞ-dan olan şirkət tərəfindən istehsal edilib.

Bundan əlavə, hər min uçuşdan sonra şamlar dəyişdirilməlidir. Amma necə?

Məsələ bundadır ki, hazırda 76 belə təyyarə rus ankarlarında böyrü üstə qalıb öz təmirlərini gözləyirlər.

Və yenə də bundan əlavə, bizlərdə necə deyərlər, arvad döyən kişini it də tutar...belə ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra xarici şirkətlər Rusiyaya idxal olunan yeni “Airbus” və “Boeing”ləri verməkdən imtina ediblər.

Nə etməli?

Qeyd edək ki, rusların vaxtilə Qərbdən icarəyə götürdükləri təyyarələr Vladimir Putinin qərarı ilə hələ də qaytarılmayıb.

Yeri gəlmişkən bu təxminən təxminən 595 təyyarədir.

Bu arada, Türkiyənin Gömrük və Ticarət Nazirliyi Rusiya və Belarusdan gələn 40-a yaxın təyyarəyə texniki qulluq və yanacaq doldurmağı qadağan edib. Qərar ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik İdarəsinin İxrac Təcrübəsi Məktubuna uyğun olaraq qəbul edilib.

Bunu da... arvad döyən kişini it də tutmasına şamil etmək olar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə