2023-cü ilin birinci rübündə Türkiyə zərgərlik məhsulları ixracatı

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə...
2023-cü ilin birinci rübündə Türkiyə zərgərlik məhsulları ixracatı

2023-cü ilin birinci rübündə Türkiyədə zərgərlik sənayesinin ixracı əvvəlki ilin eyni dövrünə görə 31,1 faiz artaraq 1 milyard 683 milyon dollar olub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, sektorun ixracatı mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 70,3 faiz artaraq 740,2 milyon dollara çatıb.

2023-cü ilin ilk rübündə Türkiyədən zərgərlik məhsulları 371,6 milyon dollarlıq olmaqla ən çox Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixrac edilib. BƏƏ-dən sonra 280,6 milyon dollarla İsveçrə, 223,1 milyon dollarla ABŞ, 144,7 milyon dollarla Honq Konq və Qırğızıstan, Meksika, İsrail, Almaniya gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə