Poltavada sovet generallarının abidələri və Puşkinin büstü söküləcək
Poltavada generallar Aleksey Zıqin və Nikolay Vatutinin, eləcə də şair Aleksandr Puşkinin abidələri sökülür. Müvafiq qərarı Şəhər Şurasının deputatları qəbul ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko bildirib.
Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin ruslaşdırma və totalitarizmin nəticələrinin aradan qaldırılması üzrə ekspert şurası bunu çoxdan tövsiyə edib... Biz I Pyotra həsr olunmuş abidələrlə bağlı qərarı gözləyirik.
Qeyd edək ki, Tkaçenko bunu teleqramında yazıb.
Yeri gəlmişkən, Ukrayna saytlarının yazdığına görə, Poltavada Puşkinin büstü və Zıginin abidəsi Sovet dövründə peyda olub. Vatutinin abidəsi isə 2013-cü ildə ucaldılıb. Yerli sakinlər dəfələrlə onun sökülməsini tələb edib və hətta abidənin üzərinə boya da vurublar.
Aleksandr Bryullov tərəfindən I Pyotrun abidəsi Poltava döyüşünün 140 illiyi şərəfinə 1849-cu ildə şəhərin mərkəzində ucaldılıb. Abidənin heykəltəraşlıq hissələri Sankt-Peterburqda Hamburger emalatxanasında elektroformasiya üsulu ilə hazırlanıb.
Qeyd edək ki, müharibə başlayandan sonra Ukraynada rusların tarix və mədəniyyət xadimlərinin şərəfinə verilən adların dəyişdirilməsi prosesi sürətləndirilib, onların abidələri sökülür.
Xüsusilə, Odessada Rusiya İmperatoru II Yekaterina və komandir Aleksandr Suvorovun, Xarkovda Puşkinin büstləri, Sovet marşalı Georgi Jukovun abidəsi sökülüb, Kiyevdə isə onlarla küçənin adı dəyişdirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB