Rusiya cəzaları sərtləşdirir

Rusiya parlamentinin deputatları terrorizm, dövlətə xəyanət və təxribatda təqsirli bilinənlərə daha sərt cəzalar verilməsini təklif ediblər. SİA yerli xəbər agentliklərinə istinadən xəbər verir ki, parlamentarilərin bu addımın Ukraynadakı müharibə ilə əlaqəlidir.

Rusiyada hazırda “terror aktı”nın həyata keçirilməsinə görə verilən maksimum cəza indiki 15 ildir, bunun 20 ilə qaldırılması təklif edilir.

Təxribatda təqsirli bilinən şəxslər 15 ildən 20 ilə qədər, “beynəlxalq terrorizmdə” təqsirli bilinənlər isə 12 ildən ömürlük həbs cəzasına qədər azadlıqdan məhrum edilə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə