Politico: "Saakaşvili ölmək üzrə olduğunu deyir"

Politico: "Saakaşvili ölmək üzrə olduğunu deyir"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hesab edir ki, o, Gürcüstan həbsxanasında zəhərlənib və hazırda ölür. Politico nəşrinin saytındakı köşə yazısına görə, həbsxanada onun səhhəti kəskin şəkildə pisləşib.

“İndi mən ölürəm” deyən Saakaşvili sistematik olaraq fiziki və ruhi işgəncələrə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, həbsdə olan 20-dən çox ağır xəstəlikdən əziyyət çəkir.

Xatırladaq ki, siyasətçi 2021-ci ilin oktyabrında bələdiyyə seçkilərindən bir gün əvvəl Gürcüstana qayıdıb, bundan sonra həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. Orada aclıq aksiyasına başlayıb. Səhhəti pisləşəndən sonra Saakaşvili həbsxana xəstəxanasına, daha sonra isə hərbi hospitala köçürülüb. 2021-ci ilin dekabrında Saakaşvili cəzasını Rustavi həbsxanasında çəkməyə davam edib, lakin 2022-ci ilin mayında o, hazırda yerləşdiyi Tbilisidəki “Vivamed” özəl klinikasına köçürülüb.

Ağasəf Babayev

.

Bütün xəbərlər Facebook səhifəmizdə