Amerikalıların üçdəbirindən az hissəsi ABŞ Prezidenti Co Baydenin 2024-cü il seçkilərində yenidən seçilməsinin tərəfdarıdır. Bunu CNN telekanalının açıqladığı ictimai rəy sorğusunun nəticələri göstərir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, rəyi soruşulanların 42 faizi Baydenin prezident postu üçün fəaliyyətini müsbət qiymətləndirir. Yanvar ayında respondentlərin 45 faiz onun fəaliyyətini müsbət qiymətləndimişdi.
Baydenin prezidentlik fəaliyyətindən narazılıq reytinqi 55 faizdən 57 faizə yüksəlib.
Respondentlərin 67 faizi hesab edir ki, Baydenin səhhəti ona öhdəliklərini səmərəli şəkildə yerinə yetirməyə imkan vermir. Rəyi soruşulanların 65 faizinin fikrincə, Bayden inam yaratmır. Respondentlərin yalnız 32 faizi hesab edir ki, Bayden yenidən prezident seçilməyə layiqdir.
Sorğu 2023-cü ilin martında keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB