İki ölkə arasında 7 ildir davam edən gərginliyə son qoyuldu

İran və Səudiyyə Ərəbistanı arasında 7 ildir davam edən gərginliyə son qoyulub
İki ölkə arasında 7 ildir davam edən gərginliyə son qoyuldu

İran və Səudiyyə Ərəbistanı arasında 7 ildir davam edən gərginliyə son qoyulub.

SİA-nın əldə etdiyi məlumata görə, İran və Səudiyyə Ərəbistanı bir çox məsələlərdə, o cümlədən iki ölkənin səfirliklərinin yenidən açılması, qarşılıqlı uçuşların bərpası və qarşılıqlı vizaların sadələşdirilməsi kimi məsələlərdə razılığa gəliblər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Çinin paytaxtı Pekində görüşüblər.

Görüş iki ölkənin xarici işlər nazirləri arasında 7 ildən sonra ilk görüş olub.

İki ölkə səfirliklərin açılması, iki ölkə arasında uçuşların bərbası və qarşılıqlı vizaların asanlaşdırılması barədə razılığa gəlib.

Qeyd edək ki, birgə bəyanatın imzalanması mərasimində Çin xarici işlər naziri Qin Gang da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə