Polşa Ukraynaya növbəti dəfə qırıcılar tədarük edir

Polşa Ukraynaya növbəti dəfə qırıcılar tədarük edir

“Varşava ehtiyatda olan dörd MiQ-29-u artıq Ukrayna Hərbi Hava Qüvvələrinə təhvil verib. Əlavə dörd MiQ isə hazırda tədarük mərhələsindədir”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, Polşa hazırda hərbi yardımın həcminə görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdədir.

Polşa bundan əvvəl də Ukrayna Silahlı Qüvvələrinə bir neçə MiQ-29 qırıcısını təhvil verib. Həmçinin Slovakiya hakimiyyəti döyüş təyyarələrini Kiyevə köçürmək niyyətini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə