Hərbi ekspert Sergey Zqurets Donetsk vilayətindəki Baxmut və Avdeevka ətrafında vəziyyəti təhlil edib.
Qeyd edək ki, Baxmutda hərbi əməliyyatlar davam edir, rus işğalçılarışəhərin mərkəzi hissəsinə daxil olmağa çalışırlar.
Zquretsin sözlərinə görə, döyüş əməliyyatlarının dinamikası bir neçə gündür ki, ardıcıl olaraq dəyişməyib.
Belə ki, ukraynalı əsgərlərin maddi-texniki təminatı kifayət qədər səmərəli işləyir. Məhz buna görə də ruslar uğur qazana bilmirlər və bütün cəhdləri nəticəsiz qalır
Zquretsin sözlərinə görə, Avdeevka ərazisində də vəziyyət oxşardır. Orada rus işğalçıları əhatə modelini həyata keçirməyə çalışdılar. Amma Ukrayna qoşunları Avdeevka zonasında əks-hücumlar həyata keçirib və düşmənin irəliləməsini dayandırırlar.
Ekspertə görə, indi ruslar seçim qarşısındadır: ya sonrakı hücum əməliyyatları üçün sonuncu ehtiyatdan istifadə etməli, ya da müdafiəyə keçməlidirlər.
“İstisna etmirəm ki, düşmən öz hərəkətlərini müdafiə payı ilə yenidən formatlayır. Bunu rus qoşunlarının cəbhənin bir çox sahələrində mühəndis istehkamlarının yaradılması üzrə fəaliyyətinin intensivləşməsi də sübut edir. Hazırda ruslar Ukrayna tərəfinin hücumunu gözləyir və hücuma qarşı hazırlıqlarını görür”- deyə Zqurets bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB