İspaniya polisi Rusiya və Ukraynanın iki vətəndaşını Moskvaya sanksiya tətbiq edilən malları qaçaqmalçılıq yolu ilə keçirməkdə şübhəli bilrək saxlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, həbs edilənlər üçün iş hərbi təyyarələrin kokpitləri üçün şüşə partiyasını ixrac etmək cəhdi ilə bağlı açılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin saytında da bildirilir.
Qeyd edək ki, həbslər İspaniyanın şimalındakı İrun və Fuenterrabiya şəhərlərində polis və gömrük əməkdaşları tərəfindən həyata keçirilib.
İstintaq 2021-ci ilin iyununda İspaniya hüquq-mühafizə orqanlarının ixraca nəzarət prosedurlarından yan keçərək təyyarə avadanlığının tədarükü ilə məşğul olan ukraynalı cütlüyün xəbərdar olmasından sonra başlayıb.
Hazırda saxlanılanların adları açıqlanmır. Onlardan biri, Daxili İşlər Nazirliyinin məlumatına görə, müdafiə materiallarının qanunsuz ticarəti ilə məşğul olan beynəlxalq biznes şəbəkəsinin rəhbəridir.
İstintaq zamanı üçüncü ölkələr vasitəsilə Rusiyaya tədarük sxemi üzə çıxıb.
Bu da məlumatda deyilir.
Şübhəlilərdən biri həbs edilib. İşin başqa təfərrüatları isə hələ ki, açıqlanmır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB