"Dezerter"lik edən erməni “voin”lərinin sayı nə qədər olub?

"Dezerter"lik edən erməni “voin”lərinin sayı nə qədər olub?

Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl özünü realist informasiya agentliyinin baş redaktoru kimi təqdim edən erməni Sarkis Tsaturyan nankor millətini dünyanın əsil döyüşçülərindən biri kimi, təqdim etməyə çalışmışdı.

Təbii ki, o, erməni “kişi”lərinin özlərini qorumaq üçün arvad və qızlarını bir neçə gecəlik rus əsgər və zabitlərinə “qonaq” göndərmələri barədə bir kəlmə olsun belə deməmişdi.

Sadəcə olaraq, ermənilərin əsil “voin” kimi doğulduqlarını demişdi.

Qeyd edək ki, həmən ərəfədə Tsaturyana tutarlı cavablar verilsə də, lakin kimə deyəsən?

Ermənilər, əsil “voin”dir, qurtardı getdi.

Onların "guya" “dezerter”lik edib döyüş meydanından qaçmaları isə inandırıcı deyil? Amma...

Ermənistanda İkinci Qarabağ Müharibəsi zamanı həqiqətən də 11 mindən artıq erməni “dezerter”lik edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ermənistan Milli Assambleyanın müvafiq komissiyasının rəhbəri Andranik Köçəryan bildirib. Onun sözlərinə görə, hələ bu da son rəqəm olmaya bilər. Çünki “dezerter”lik edən ermənilərin dəqiq sayı komissiyanın araşdırması zamanı müəyyən olunacaq.

Qeyd edək ki, Andranik Köçəryan erməni “dezerter”ləri ilə bağlı baş nazirin xanımının bu məlumatları haradan aldığını bilmədiyini də deyib. Yeri gəlmişkən, bir müddət bundan əvvəl Nikol Paşinyanın zövcəsi Anna Akopyan “dezerter”lik edən erməni "kişi"lərinin acığına o vaxt yaratdığı "qadın batalyonu", bunu yaratmağın çətinlikləri barədə erməniləri məlumatlandırmışdı.

...Andranik Köçəryan əmin edib ki, Ermənistan Respublikası Milli Assambleyasının İkinci Qarabağ müharibəsi ilə bağlı araşdırma aparan komissiyası bu məsələni öz üzərinə götürəcək və əslində nə qədər fərari - 11 və ya 12 min nəfər olduğunu müəyyən edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə