Ərdoğan ABŞ səfirini tənqid etdi

Ərdoğan ABŞ səfirini tənqid etdi

Türkiyə seçkiləri dünyanın bir nömrəli gündəm maddəsinə çevrilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, seçkilərin tarixi dəqiqləşdikdən bəri 7 partiyalı koalisiyanın addımlarını yaxından izləyən Qərb dövlətləri müxtəlif gedişlərlə seçki prosesinə daxil olmağa çalışırlar.

Nəhayət, 7 partiyalı koalisiyanın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə görüşən ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt tənqidinə məruz qalıb.

Prezident Ərdoğan, ABŞ-ın Ankaradakı səfiri Ceff Fleykin CHP sədri Kamal Kılıçdaroğlunu ziyarəti ilə bağlı, "Bu seçkilərdə Amerikaya dərs vermək lazımdır. Co Bayden oradan danışır, bəs Baydenin buradakı səfiri nə edir? Kamal bəyə baş çəkməyə gedir. Ayıbdır, bir az ağlınızı işlədin. Siz səfirsiniz. Buradakı həmsöhbətiniz prezidentdir” ifadələrindən istifadə edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə