İtaliyanın Lampione adasında köməksiz qalan dördü qadın və biri uşaq olmaqla 32 miqrant Sahil Mühafizə Komandanlığının helikopteri ilə xilas edilib. SİA xəbər verir ki, “Nemo 8” adlı helikopter adaya beş dəfə eniş edib. Helikopterdən istifadəyə səbəb əlverişsiz hava şəraiti ilə əlaqədar patrul gəmilərinin ada sahilinə yaxınlaşa bilməməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB