Tramp məhkəməyə çıxmaq üçün Nyu-Yorka gedib

Tramp məhkəməyə çıxmaq üçün Nyu-Yorka gedib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorka gəlib. SİA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, o, bu gün Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq. Siyasətçi meqapolisə onun malikanəsi Mar-a-Laqonun yerləşdiyi Florida ştatından gəlib.

La-Quardia hava limanından sabiq prezidentin korteji siyasətçini qalacağı "Trump Tower" binasına aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə