Vladimir Saldo Ukraynanı yalançılıqda ittiham edir

Vladimir Saldo Ukraynanı yalançılıqda ittiham edir

Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo Skadovski rayonundan təxliyə olunduğu barədə məlumatı təkzib edib.

SİA xəbər verir ki, Saldo bu barədə özünün Telegram kanalında yazıb.

O, Kiyevin evakuasiya ilə bağlı şayiələrini yalan adlandırıb. Qubernator icraçısı evakuasiyanın olmadığını və planlaşdırılmadığını bildirib.

Onun dediyinə görə, ancaq sağ sahilə qayıtmaq planları müzakirə olunur .

Qeyd edək ki, bundan əvvəl Saldo Xerson vilayətinin sağ sahil hissəsinin qaytarılmasını 2023-cü il üçün əsas vəzifə adlandırmışdı.

Xatırladaq ki, noyabrın 9-da Rusiyanın Xersonu tərk edərək qoşunlarını Dnepr çayının sol sahilinə çıxarıb. Bundan əvvəl isə mülki əhalinin şəhərdən təxliyəsi həyata keçirilib. Rusiya ordusunun manevri başa çatdıqdan az sonra Kremlin sözçüsü Dmitri Peskov Xerson vilayətinin hələ də Rusiyanın tərkibində olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə