Rusiya prezidenti Vladimir Putin müharibə müxbiri Vladlen Tatarskinin ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 3-də Kremlin mətbuat xidməti məlumat yayıb.
Beləliklə, ötən gün Sankt-Peterburqda kafedə törədilən terror aktı nəticəsində dünyasını dəyişən müharibə müxbiri Vladlen Tatarski (Maksim Fomin) ölümündən sonra Rusiya prezidenti tərəfindən “İgidlik” ordeni ilə təltif edilib.
“Vladimir Putin peşə borcunu yerinə yetirərkən göstərdiyi şücaətə görə hərbi müxbir Maksim Fominin (Vladlen Tatarski) ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb”.
Qeyd edək ki, bu, Kremlin mətbuat xidmətinin yaydığı kommünikedə deyilir.
Xatırladaq ki, Vladlen Tatarski (əsl adı - Maksim Fomin) aprelin 2-də Sankt-Peterburqda yaradıcılıq gecəsinin keçirildiyi kafedə baş verən partlayış nəticəsində dünyasını dəyişib. Qonaqlar arasında özünü Anastasiya kimi təqdim edən və Tatarskiyə hədiyyə - heykəlcik verən bir qız da olub.
Belə ki, heykəlciyi alandan cəmi bir neçə dəqiqə sonra partlayıcı qurğu işə düşüb.
Partlayış zamanı kafedə 100-ə yaxın adam olub. Son məlumatlara görə, ikisi yeniyetmə olmaqla 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB