Rusiya prezidenti Vladimir Putin sonda xüsusi hərbi əməliyyatla “bütün Ukraynanı ələ keçirəcək”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Ağ Evin keçmiş rəhbəri Donald Tramp hesab edir ki, Rusiya prezidenti Vladimir Putin sonda “Ukraynanın tam ələ keçirilməsini” həyata keçirəcək. Bununla yanaşı, amerikalı siyasətçi əmin olduğunu bildirib ki, əgər o, ABŞ-ın prezidentliyində olsaydı, Ukraynada hərbi münaqişə baş verməyəcəkdi. Çünki o,Vladimir Putinlə razılığa gələ bilərdi.
“Mən prezident olsaydım, Putin üçün daha yaxşı olardı, çünki o, Ukraynaya getməzdi...” –deyən Trampdan Ukrayna münaqişəsini dayandıra biləcəyinə niyə bu qədər əmin olması ilə bağlı sual ünvanlanıb.
Tramp bunun cavabında Putinin onunla qarışmayacağını bildirib.
Təbii ki, sabiq prezident, həmişə olduğu kimi, bu dəfə də ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin işini tənqid edib. ...Son illərdə Bayden və onun tərəfdaşlarının siyasəti sayəsində, əvvəllər bütün dünyada hörmət edilən Amerika Birləşmiş Ştatlarının hazsırda “gülüş nişanı” halına gəldiyini deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB