“Finlandiya alyansın 31-ci üzvü elan ediləcək”

Y.Stoltenberq 4-5 aprel tarixlərində Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında olacaq NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl keçirilən mətbuat konfransında çıxışında deyib...
“Finlandiya alyansın 31-ci üzvü elan ediləcək”

NATO-nun baş katibi Yens Stoltenberq terror təşkilatı PKK ilə İsveçdə narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq arasında sıx əlaqə olduğunu bildirib.

SİA xəbər verir ki, Yens Stoltenberq 4-5 aprel tarixlərində Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında olacaq NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl keçirilən mətbuat konfransında çıxışında deyib: “İstəyirik ki, İsveçin də NATO üzvlüyü təsdiqlənsin. Lakin bütün müttəfiqlər Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını aradan qaldırmalıdır.

İsveç və Türkiyə terrorla mübarizədə birlikdə işləsələr, bu, İsveç, Finlandiya, NATO müttəfiqləri və Avropa İttifaqının da terror təşkilatı kimi gördüyü PKK ilə mübarizədə Türkiyəyə yardım olar.

PKK ilə mübarizə İsveçin küçələrində mütəşəkkil cinayətkarlıqla mücadiləsinə də kömək edəcək. Çünki biz bilirik ki, bu terror təşkilatları ilə İsveçdə narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq arasında sıx əlaqə var. Bu mübarizəni birlikdə aparsaq, İsveçin yaxın gələcəkdə NATO-nun tamhüquqlu üzvü olmasını təmin edə bilərik.

Finlandiya artıq NATO-nun 31-ci üzvü elan ediləcək və bayrağı NATO mənzil-qərargahında dalğalanacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə