Finlandiya Milli Koalisiya Partiyasının lideri qalib gəldiyini elan edib
Finlandiya Milli Koalisiya Partiyasının lideri Petteri Orpo parlament seçkilərində qalib gəldiyini elan edib. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, Petteri Orpo bu barədə səsvermə başa çatdıqdan sonra partiyanın iclasında bildirib.
Hazırda səslərin təqribən 95 faizi hesablanıb. Milli Koalisiya Partiyası 20,6 faiz səs toplayaraq parlamentdəki 200 yerdən 48-ni əldə edir. İkinci yerdə 20,2 faiz səslə “Əsl finlər” partiyası, üçüncü yerdə isə hazırkı Baş nazir Sanna Marinin Sosial Demokrat Partiyası 19,9 faiz səslə qərarlaşıb.
Xatırladaq ki, seçkilərdə qeydə alınmış 22 partiyadan 2424 namizəd iştirak edib.
Seçkilərin rəsmi nəticələri aprelin 5-də təsdiqlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB