Ukraynalı səfir sülh danışıqlarına etiraz edir?

Ukraynalı səfir sülh danışıqlarına etiraz edir?

Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev hakim Almaniya Sosial Demokrat Partiyasının və həmkarlar ittifaqlarının nümayəndələrini Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına çağırdıqlarına görə tənqid edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “Deutsche Welle” sitat gətirir.

Makeev sülh danışıqlarına çağırışları “xalis sinizm” kimi qiymətləndirib.

Onun dediyinə görə, guya bu sülh təşəbbüsü heç də aprel zarafatı deyil. Mümkün olan yeganə dinc müraciət bu olmalıdır: “Cənab Putin, dərhal qoşunlarınızı bütün Ukrayna ərazisindən çıxarın!”

Qeyd edək ki, bir müddət bundan əvvəl Almaniyanın keçmiş kansleri Villi Brandtın oğlu tarixçi Peter Brandt, Beynəlxalq Sülh Bürosunun direktoru Rainer Braun, Alman Həmkarlar İttifaqları Assosiasiyasının keçmiş sədri Rainer Hoffmann və “Təbiət Dostları” təşkilatının sədri Mixael Müller Almaniyanın hazırkı kansleri Olaf Şolsa müraciət edib onu Fransa ilə birlikdə "atəşkəsin tezliklə əldə edilməsi üçün vasitəçilik etmək üçün Braziliya, Çin, Hindistan və İndoneziyanı və digərlərini cəlb etməyə" çağırmışdılar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə