Zaxarova bunu ABŞ-ın standart təcrübəsi hesab edir?

Zaxarova Trampın səs-küylü davasına görə Qərb mediasını ələ saldı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq buna reaksiya verib.

“Mən “The Wall Street Journal”ın redaktorlarından Amerikada baş verən geniş yayılmış demokratiyaya cavab olaraq bütün amerikalı jurnalistlərin və ABŞ səfirinin Rusiyadan qovulmasını tələb etmələrini gözləyirəm”.

SİA-nın əldə etdiyi məlumata görə, Zaxarova guya bunu istehza ilə bildirib.

Onun dediyinə görə, ABŞ-da təkcə ruslara, xüsusən də hər zaman təzyiqlərə məruz qalan media nümayəndələrinə deyil, həm də öz himayədarlarına xüsusi “sevgi” ilə yanaşırlar?

Təbii ki, Zaxarova bunu amerikalı jurnalist Evan Qerşkoviçin həbsindən sonra Vaşinqtonun qaldırdığı “hay-həşirə” istinadən bildirib.

Xatıarladaq ki, rus tərəfi Qerşkoviçin Yekaterinburqda hərbi sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məxfi məlumatları əldə etməyə çalışarkən saxlanıldığını iddia edir.

Bu hadisələr fonunda ABŞ dövlət katibi Entoni Blinken Rusiya Federasiyasında yaşayan amerikalıları təcili olaraq ölkəni tərk etməyə çağırıb. Lakin ABŞ prezidenti Cozef Bayden Qerşkoviçin məhz Ağ Evin maraqlarına uyğun işlədiyi sübuta yetirilsə də. baş verənlərdə biabırçı heç nə görməyib.

Belə görünür ki, Mariya Zaxarova insanlardan istifadə edib və sonra onları çölə atmağın Amerika hökumətinin standart təcrübəsi olduğunu demək istəyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə