“Rusiyanın qələbəsindən sonra ABŞ hərbi xərclərini artıracaq”

ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Scott Ritter, Rusiyanın Ukrayna ilə münaqişədə qələbəsindən sonra Pentaqonun ABŞ ordusuna xərcləri əhəmiyyətli dərəcədə artıracağını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hərbi ekspert bu barədə “Judging Freedom YouTube” kanalına müsahibəsində danışıb.

Ritterin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Ukraynadakı silahlı münaqişənin Rusiyanın qələbəsi ilə başa çatacağına əmindir.

ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti belə bir nəticəyə gəlib ki, Mark Milli açıqlamalarında artıq “Rusiya qalib gələrsə” deməyib, “nə vaxt” deyib.

“Rusiya qalib gələndə, Rusiyanın yığılacaq üstünlüklərini kompensasiya etmək üçün müdafiə büdcəmizi ikiqat artırmalı olacağıq. Bu, büdcəni onsuz da çox olan 880-900 milyard dollardan bir trilyon səkkiz yüz milyard dollara qədər artıracaq”.

Qeyd edək ki, Ritter bunu Pentaqon nümayəndələrindən sitat gətirib.

Deyilənlərə görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin artıq Konqresdən hərbi xərclərin artırılmasını istəyib. Belə ki, o, bu müddət ərzində Kiyevə çatdırılan hərbi texnika və texnologiyanın yerinin doldurulması üçün 300 milyard dollar “tələb edib”(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə