Zelenski və Makron “sülh formulu”nu müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Dövlət başçıları cəbhədə vəziyyəti və Ukraynanın “sülh formulu”nu müzakirə ediblər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidentinin tviter səhifəsinə istinadla xəbər verir.

“Emmanuel Makron ilə bir saatlıq söhbətdə Ukrayna və Fransanın müdafiə sahəsində qarşılıqlı əlaqəsini təfsilatı ilə və nəticə etibarilə səmərəli müzakirə etdik. Cəbhədəki vəziyyət barədə onu ətraflı məlumatlandırdım”, - deyə Zelenski yazıb.

Prezidentin sözlərinə görə, onlar “sülh formulu”nun gələcək addımlarının icrasına diqqəti çəkib və yaxın beynəlxalq tədbirlər kontekstində fəaliyyəti koordinasiya ediblər.

Qeyd edək ki, bu ayın əvvəlində Fransa Prezidenti Emmanuel Makron Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen ilə birgə Rusiya-Ukrayna müharibəsi barədə danışıqların aparılması üçün Pekinə səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə