Ukrayna prezidenti Vladimir Zelenski Çin Xalq Respublikasının lideri Si Cinpini Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın dəstəyinə qoşulmağa cəsarət etməyən dövlətlərin liderləri sırasına daxil edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Zelenski bunu 47 dövlət və təşkilatın iştirak etdiyi ədalət və Rusiya təcavüzünə görə məsuliyyət mövzusunda Buçanski sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
Çin liderini tərəddüd edən liderlərdən biri hesab edən Zelenski qeyd edib ki, Ukraynanın qələbəsi bütün dünya və mümkün təcavüz barədə düşünən böyük dövlətlər üçün nümunə olmalıdır, bu təcavüz baş verməməlidir.
“Sülh içində harmoniya və qurban vermədən yaşamaq vacibdir. Əgər biz inkişaf etmək istəyiriksə, bu çox vacibdir. Və buna görə də biz belə dövlətlərə siqnallar göndərir və birlikdə Rusiya Federasiyasının təcavüzünü qarşılamağa, müzakirə etməyə və məğlub etməyə hazır olduğumuzu bildiririk. Bəzi dövlətlərdən cavab gözləyirik”, - deyə Zelenski bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB