"Rosselxoznadzor” aprelin 5-dən etibarən Ermənistandan Rusiyaya göndərilən süd məhsullarının tədarükünü dayandırmağı xahiş edib. Deyim ki, ermənilər məhz xahiş edib yazıblar, amma...
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu ermənilərin bu sahəyə səlahiyyətliləri bildiriblər.
Rusiyanın dövlət təftiş qurumu, danışıqların və yoxlamanın qeyri-qənaətbəxş nəticələrini nəzərə alaraq” belə bir qərar qəbul etdiyini bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya tərəfi Ermənistandan Rusiyaya idxal edilən süd məhsullarında qanun pozuntularının aşkar edildiyini bəyan etmişdi. “Rosselxoznadzor”un məlumatına görə, Ermənistan süd məhsullarının istehsalında Rusiyada qadağan olunmuş İran mənşəli xammaldan istifadə edirlər.
Bu gün yayılan mesajda Rusiya departamenti onu da əlavə edib ki, tədarükün bərpasının mümkünlüyü Ermənistan tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün apardığı işlərin nəticələrindən sonra...hələ bir də müzakirə olunacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB