Məktəbə əl qumbarası atılıb

Məktəbə əl qumbarası atılıb

Əfqanıstanın şimalındakı Cüzcan vilayətində yerləşən məktəbə naməlum şəxs tərəfindən əl qumbarası atılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumda 2 şagird həyatını itirib və 4 şagird yaralanıb.

Hadisə şahidləri hücumun qızların təhsil aldığı ibtidai məktəbdə təşkil edildiyini iddia edib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə