Putin: “Rusiya Qərb dərmanlarından uzaqlaşmalıdır”

Rusiya prezidenti bazarda yerli dərmanların payını artırmağa çağırıb. O, bunun üçün ölkədə avadanlığın müasirləşdirilməsi, yeni istehsal müəssisələrinin tikintisi, eləcə də ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına diqqətin artırılmasının lazımlılığı qeyd edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putin xarici təchizatçılardan asılılığı azaltmağa çağırıb.

Daha sonra Rusiya lideri, qarşıya qoyulan məqsədə nail olmaq üçün avadanlıqların modernləşdirilməsi və yeni istehsal müəssisələrinin tikintisi, texnologiyaların təkmilləşdirilməsi, elmi-tədqiqat laboratoriyalarının və mərkəzlərinin kadr, eləcə də maddi-texniki potensialının artırılmasının vacibliyini bildirib.

Bundan əlavə, Putin mütəxəssislərin, texnoloqların, əczaçıların hazırlanmasının təkmilləşdirilməsinin zəruriliyinə də diqqət çəkib.

Sonda Vladimir Vladimiroviç, Rusiya əczaçılıq sənayesinin müsbət tendensiya nümayiş etdirdiyini də qeyd edib. Rusiya dövlətinin başçısı vurğulayıb ki, bu sahədə çalışan bütün mütəxəssislər bu sahənin inkişafına böyük töhfə verirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə