Kral Çarlz Almaniyaya səfər edib

Kral Çarlz Almaniyaya səfər edib

İngiltərə kralı III Çarlz taxta çıxdıqdan sonra ilk xaricə səfəri çərçivəsində həyat yoldaşı Kraliça Kamilla ilə birlikdə Almaniyaya gedib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kral Çarlz və Kraliça Kamilla Almaniya prezidenti və həyat yoldaşı tərəfindən Berlindəki tarixi Brandenburq qapısı qarşısında hərbi təntənəli mərasimlə qarşılanıb.

Tarixdə ilk dəfə Brandenburq qapısı qarşısında keçirilən genişmiqyaslı mərasimdən sonra Çarlz onları qarşılamağa gələn insanlarla bir müddət söhbət edib. Daha sonra Bellevue Prezident sarayında Çarlz və Kamillanın rəsmi qarşılanma mərasimi keçirilib. Britaniya kral ailəsinin Almaniyaya səfəri 3 gün davam edəcək.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə