ABŞ prezidenti Co Bayden Argentina prezidenti Alberto Fernandes ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki ölkə iqtisadiyyat və enerji də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. ABŞ və Argentina arasında diplomatik əlaqələrin 200 ildir davam etdiyinə diqqət çəkən Bayden, son görüşün ikitərəfli əlaqələrin daha bir əsr davam edəcəyinə işarə olduğunu bildirib.
ABŞ və Argentinanın demokratiya və insan haqları məsələlərində birlikdə çalışdığını bildirən Bayden, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Argentinanın Birləşmiş Millətlər Təşkilatında (BMT) tutduğu mövqeyə görə Fernandezə təşəkkür edib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB