Türkiyə lideri aprel ayında ölkəni hansı əlamətdar hadisələrin gözlədiyini bəyan edib.
Beləliklə, Ərdoğanın sözlərinə görə, gələn ay “Akkuyu” stansiyası nüvə obyektinə çevriləcək, ölkə sakinləri Qara dənizdəki “Sakarya” yatağından ilk qazı alacaqlar, Türkiyədə yaradılmış “TOGG” elektromobili işə düşəcək.
Türkiyə prezidenti hazırda Mersin vilayətinin Gülnar rayonunda tikilməkdə olan “Akkuyu” AES-in aprelin 27-də nüvə yanacağını alacağını bildirib.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu yolla o, rəsmən nüvə obyekti statusu alacaq.
Dövlət başçısı, aprel ayında Türkiyənin Filyos rayonunda tikintisi başa çatan qazpaylayıcı stansiyanın işə başlayacağını bildirib.
Və bunun sayəsində ilk dəfə olaraq Qara dənizdən, yəni “Sakarya” yatağından Türkiyəyə qaz veriləcək.
Bundan əlavə, Ərdoğan qeyd edib ki, bir həftədən az müddətdə, daha doğrusu aprelin 3-də onun administrasiyası Türkiyədə seriyalı istehsalı uğurla həyata keçirilən ilk elektrik avtomobilini – “TOGG”-ni alacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Anadolu” agentliyi yayımlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB