Özbəkistan prezidenti Şavkat Mirziyayev martın 28-də əmək haqlarının, pensiya və müavinətlərin artırılması haqqında fərman imzalayıb. Sərəncamın mətni Prezidentin internet saytında dərc olunub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, sənədə əsasən, bu il aprelin 1-dən Özbəkistanda pensiya və müavinətlərin məbləği 7 faiz artırılacaq.
Qeyd edək ki, pensiyaların artımının 4,4 milyon pensiyaçıya təsir edəcəyi gözlənilir.
Sərəncamda qeyd olunur ki, bu il mayın 1-dən büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqları 7 faiz artırılsın. May ayının əvvəlindən etibarən sənəd Özbəkistanda minimum əmək haqqını ayda 980 000 som (86 dollar), əsas hesablaşma dəyəri (BVR) isə ayda 330 000 som (29 ABŞ dolları) müəyyən edib.
Xatırladaq ki, Özbəkistanda pensiyalar sonuncu dəfə mayın 1-də, büdcə təşkilatlarında çalışanların maaşları isə ötən il iyunun 1-də artırılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB