Ekvadorun mərkəzində yerləşən Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 16 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
“Bu günə qədər 16 nəfərin ölməsi, 16 nəfərin yaralanması, 7 nəfərin itkin düşməsi barədə məlumat daxil olub”, - deyə idarədən bildirilib.
Ümumilikdə təbii fəlakət zonasında 500 nəfərin yaşadığı məlumdur. Qırmızı Xaç 163 evin dağıldığını və ya zərər gördüyünü təxmin edir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB