Zəvvarların avtobusu qəzaya uğrayıb - 20 nəfər ölüb, onlarla insan yaralanıb
Səudiyyə Ərəbistanında Ümrə Ziyarətinə gedən zəvvarları daşıyan avtobusun körpüyə çırpılması və sonradan yanması nəticəsində 20 nəfər ölüb, daha 29 nəfər yaralanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, Məkkəyə gedən avtobusun qəzaya uğramasında əyləc sistemindəki nasazlıq olub.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və yanğınsöndürənlər göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Yerli mənbələr bildiriblər ki, qəzaya uğrayan avtobusdakı sərnişinlər Yəməndən olan ziyarətçilərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB