Roma Nizamnaməsi erməni parlamentində ratifikasiya ediləcək...

Roma Nizamnaməsi erməni parlamentində ratifikasiya ediləcək...

Artıq xəbər verildiyi kimi, Ermənistanın Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda təsbit edilmiş öhdəlikləri Əsas Qanuna uyğun olaraq tanıyıb.

SİA xəbər verir ki, bu barədə ötən gün “RİA Novosti”yə istinadən Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib.

Agentlik xatırladıb ki, Konstitusiya Məhkəməsinin qərarından sonra Roma Nizamnaməsi Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməli olacaq.

Bu arada “TASS” agentliyi Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verir ki, Rusiya tərəfi Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını qəbuledilməz hesab edir. Departament Ermənistan hakimiyyətinə Rusiya ilə münasibətlər üçün mənfi nəticələrlə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, daha əvvəl Moskvanın yurisdiksiyasını tanımayan Beynəlxalq Cinayət Məhkəməsinin Məhkəməyə qədərki Palatası Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belova barəsində həbs orderi vermişdi.

Bu arada Rusiya İstintaq Komitəsi prokuror Kərim Əhməd Xana və Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə qarşı cinayət işi açıb.

Kreml bildirib ki, Putinin həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin sualının qaldırılması qəbuledilməzdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə