...Birləşmiş Ştatlar 1960-cı illərin planlarına uyğun olaraq Rusiyaya nüvə zərbəsi endirməyə müvəffəq olmayacaq.
Çünki nüvə silahının çatdırılması üsulları və nüvə zərbələrinin endirilməsi strategiyası o vaxtdan xeyli dəyişib. SİA-nın əldə etdiyi məlumata görə, bunu hərbi ekspert Yuri Knutov bildirib.
Qeyd edək ki, “Daily Mail” ABŞ-ın Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən məxfilikdən çıxarılan 1960-cı ilə aid kadrları dərc edib. Kadrlarda SSRİ-nin ABŞ-a “hücum” edəcəyi təqdirdə “B-52” strateji bombardmançılarının necə nüvə zərbələri endirəcəyini göstərilir.
“...1960-cı ildən danışsaq, o zaman paraşütlə atılan gecikmiş atom bombalarından istifadə edilib. Daha sonrakı dövrdən danışırıqsa, o zaman orada qısa mənzilli nüvə başlıqları olan raketlər artıq peyda olub. İndi hər şey tamamilə dəyişdirilib, çünki qanadlı raketləri daşıyan bombardmançılardan istifadə olunur”.
Bunu deyən rusiyalı ekspert əlavə edib ki, o dövrdə nüvə başlıqlarına malik qitələrarası ballistik raketlər də əhəmiyyətli dərəcədə pis performansa və daha qısa məsafəyə malik idilər.
Knutovun dediyinə görə, indi biz praktiki olaraq körpüdən düşmən ərazisinə atəş edə bilərsiniz. Yəni biz dənizə çıxmadan Kamçatkadan, Uzaq Şərqdən ABŞ ərazisini bombalaya bilərik.
Halbuki 60-ğı illərdə belə olmayıb, o zaman ərazini bombalamaq üşün qayıqlar sahillərə kifayət qədər yaxınlaşmalı idilər.
...Eyni zamanda, ABŞ-ın SSRİ ərazisinə nüvə zərbələri endirməyi planlaşdırdığı aerokosmik əməliyyatın qurulması prinsipinin özü də çox dəyişməyib.
Bunu da rusiyalı bəyan edib və oxşar planların ABŞ-da 1940-cı illərin sonlarından hazırlandığını deyib.
Knutovun dediyinə görə,
Xatırladaq ki, 1947-ci ildə ABŞ-da “Dropshot” planı qəbul edilmişdi. B plana görə, 1957-ci il yanvarın 1-də “D-gün” gəlməli idi. SSRİ-yə hücum, bu müddət ərzində İttifaqın 200-ə yaxın şəhərinin, o cümlədən nüvə şəhərinin vurulması planlaşdırılırdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB