Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

“Lukaşenko Belarusda Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini qaldırıb”. SİA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsi zamanı deyib.

“Belarus Prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini gündəmə gətirir”, - deyə Putin bildirib.

Putin əlavə edib ki, Rusiya artıq Belarusa nüvə başlığı daşıya biləcək “İsgəndər” raket kompleksini təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə