İranda zəlzələdən xəsarət alanların sayı artır

İranın şimal-qərbindəki Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 165 nəfərə çatıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı məlumatına görə, Qərbi Azərbaycan valisi Məhəmməd Sadik Mütəmədiyan Xoy şəhərində baş verən 5,6 bal gücündə zəlzələdə yaralanan 165 nəfərdən 139-nun ilk müdaxilələrdən sonra evə buraxıldığını, digərlərinin isə müalicə olunduğunu açıqlayıb.
Qərbi Azərbaycan Mənzil Fondunun baş direktoru Cafer Berzegar zəlzələ nəticəsində Selmas və Xoy şəhərlərinin 10 kəndində 80 yaşayış məntəqəsinin zərər gördüyünü bildirib.
Ötən gün İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində yerli vaxtla saat 06:46-da 5,6 bal gücündə zəlzələ baş vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə