Kamala Harris Afrika ölkələrinə səfər edəcək

Amerika Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harris Qana, Tanzaniya və Zambiyaya səfər edəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, amerikalı rəsmi 26 mart-1 aprel tarixləri arasında Qana, Tanzaniya və Zambiyada rəsmi səfərdə olacaq.
Kamala Harrisin Qana prezidenti Nana Akufo-Addo, Tanzaniya prezidenti Samia Suluhu Həsən və Zambiya prezidenti Hakainde Hiçilema ilə görüş keçirməsi gözlənilir.
Kamala Harris bu ölkələrdə qadın sahibkarlar, gənclər, texnologiya və investisiya əməkdaşlığı mövzularında görüşlər keçirəcək.
Görüşlərdə həmçinin Çinin bölgədəki təsiri də qiymətləndiriləcək.
Kamala Harris həmçinin DEAŞ terror təşkilatının bölgədəki fəaliyyətini və insan hüquqları məsələlərini aidiyyatı qurumlarla müzakirə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə