İranda baş verən zəlzələ nəticəsində 165 nəfər yaralanıb

İranda baş verən zəlzələ nəticəsində 165 nəfər yaralanıb

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələ nəticəsində 165 nəfər xəsarət alıb.

Qərbi Azərbaycan Qubernatorluğunun Böhran İdarəetmə Baş direktoru Əmir Abbas Caferi mətbuata verdiyi açıqlamada, mərkəzi Xoy şəhərində olan 5,6 bal gücündə zəlzələ nəticəsində Xoy və Səlmas şəhərlərində bir neçə binanın dağıldığını bildirib.

Cafəri zəlzələdə Xoy və Səlmas şəhərlərində xeyli insanın xəsarət aldığını deyib.

Bu gün səhər saatlarında baş verən zəlzələ Türkiyenin Hakkari və Van şəhərlərində də hiss olunub.

Xatırladaq ki, Türkiye sərhədi yaxınlığında yerləşən Xoy şəhərində yanvarın 28-də də 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdə 3 nəfərin öldüyü, 1167 nəfərin yaralandığı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə