Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin Roma Statutunu imzalayan hər hansı ölkəyə səfəri halında həbs olunacağını təsəvvür etmək çətin olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiyası prosesinə bir neçə ay əvvəl başladığını təsdiqləsə də, amma...
...Roma Əsasnaməsinin ratifikasiyasından sonra Putinin Ermənistana səfər edəcəyi təqdirdə həbs olunma ehtimalı ilə bağlı suala Simonyan gözləməyi təklif edib, guya...
“...Hələlik Roma statusunu ratifikasiya edək və bundan sonra nə edəcəyimizə qərar verərik. Maraqlıdır, o gəlsə, başqa ölkələrdə nə edəcəklər? Sadəcə fiziki olaraq bunu təsəvvür edə bilmirəm. Bunun, məsələn, Kanadada necə həyata keçiriləcəyi barədə heç bir fikrim yoxdur. Qoy bunu etsinlər, mən də bütün bunları böyük məmnuniyyətlə izləyəcəm. Məncə, bu, daha çox siyasi və bəlkə də, hətta tarixi bəyanatdır. Amma yenə də mən bunu təsəvvür edə bilmirəm”.
Qeyd edək ki, cümə günü Ermənistanın Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit edilmiş öhdəlikləri konstitusiya kimi tanıyıb. Əvvəllər bu öhdəliklər ölkə parlamenti tərəfindən ratifikasiya olunurdu ki, bu da onların dərhal qüvvəyə minməsi deməkdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB