Fatih Erbakan namizədliyini geri götürüb

Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan 14 mayda keçiriləcək prezident seçkilərində namizədliyini geri götürüb.

SİA-nın əldə etdiyi məlumata görə, o, buna dair ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla şəxsən razılığa gəldiyini bildirib.

Erbakan əlavə edib ki, partiyası Cümhur İttifaqına qatılır və partiya üzvləri seçkilərdə vahid namizəd Rəcəb Tayyib Ərdoğana səs verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə