Rusiyada yeni agentlər “peyda” olublar

Bu arada Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin siyahısına yeni adlar əlavə edib.

Belə ki, vəkil Pavel Çikov və bloger İlya Varlamov da “satqınlar” siyahısına salınıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə martın 23-də idarənin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Beləliklə, rus başbilənlərinin yazdığına görə, bloger İlya Varlamov “dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların siyasəti haqqında qeyri-dəqiq məlumatların” yayılması ilə məşğul olub. Bundan əlavə, o, xarici mənbələrdən də maliyyə dəstəyi alıb.

Vəkil Pavel Çikov da “dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların siyasəti haqqında qeyri-dəqiq məlumat yaymaqda” ittiham olunur. Bundan əlavə, o, xarici agentlərin materiallarının yaradılmasında və qeyri-məhdud insanlar dairəsinə yayılmasında iştirak etmişdir.

Qeyd edək ki, xarici agentlər siyahısında Varlamov və Çikovdan başqa, Svetlana Lada-Rus (2015-ci ildən əvvəl – Peunova), politoloq Ruslan Aysin, jurnalist Boqdan Bakaleyko və LGBT münasibətlərini təbliğ edən “Parni Plus/Parni+” assosiasiyası da var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə