Şimali Makedoniyanın AB-yə üzvlük danışıqları rəsmi olaraq başlayıb

Şimali Makedoniyanın AB-yə üzvlük danışıqları rəsmi olaraq başlayıb

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Şimali Makedoniyaya rəsmi səfərindən əvvəl verdiyi açıqlamada, "Şimali Makedoniyanın yeri digər Qərbi Balkan tərəfdaşlarımız kimi Avropa İttifaqıdır. Biz bu məsələdə ciddi olduğumuz üçün heç bir şübhə olmamalıdır. Avropa Birliyi ilə üzvlük danışıqları rəsmi olaraq başladı” deyib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Şimali Makedoniya xalqının üzvlük prosesi ilə bağlı böyük ümid və gözləntilərinin onlar üçün həm fürsət, həm də təhlükə olduğuna işarə edən Baerbok, “Bu, təhlükədir, çünki son 17 ildə bütün irəliləyişlərə və bəzən ağır nəticələri olan güzəştlərə baxmayaraq, AB olaraq onların gözləntilərini yerinə yetirməsək, makedoniyalıları Avropa üçün itirə bilərik. Bu eyni zamanda fürsətdir, çünki AB-nin genişlənmə prosesində iştirak edən hər kəs təhlükənin nə olduğunu bilir" ifadələrdən istifadə edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə