Gürcüstanda Qırğızıstanın diplomatik nümayəndəliyi açılıb

Gürcüstanda Qırğızıstanın diplomatik nümayəndəliyi açılıb. SİA xəbər verir ki, nümayəndəlik paytaxt Tbilisidə yox, Qara dəniz sahilindəki Poti şəhərində yerləşir.

İndiyədək Gürcüstan-Qırğızıstan münasibətləri ilə bağlı diplomatik kanallar Qırğızıstanın Bakıdakı səfirliyi vasitəsilə fəaliyyət göstərirdi.

"Biz iqtisadi, mədəni və humanitar sahələrdə mövcud potensialı reallaşdırmağa başlamışıq. Bu baxımdan biz daha fəal əməkdaşlıq edirik, bunun bariz nümunəsi konsulluğun açılmasıdır", - deyə səfir Kayrat Osmonaliyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə