İranlı qadınlara rusların oyununa baxmağa icazə verildi

İranlı qadınlara rusların oyununa baxmağa icazə verildi

İranlı qadınların milli futbol komandasının Rusiya ilə oyununa gəlməsinə icazə verilib. SİA-nın əldə etdiyi məlumata görə, bu cümə axşamı baş tutacaq oyuna 30 minə yaxın tamaşaçı gözlənilir.

Matçda rusiyalı azarkeşlərin sayı hələlik məlum deyil. Amma ehtimallara görə, onların syının 30 mindən çox olacağı ehtimal edilir.

Qeyd edək ki, daha əvvəl bu görüşdə iştirak etmək istəyən Rusiyadan olan futbol azarkeşlərinin biletləri “Kassir.ru” saytından əldə edə biləcəkləri bildirilmişdi. Onu da qeyd edək ki, biletlərin dəyəri 430 rubl təşkil edir. Rusiyalı azarkeşlər üçün 2,5 min bilet kvota ayrılıb.

Xatırladaq ki, futbil oynamaq üçün Avropaya buraxılmayabn Rusiya, bundan əvvəl oynamaq üçün Orta Asiyada rəqib axtarırıdı.

İndi qarşılaşacağı İranla rusların sonuncu görüşü 2017-ci ilin payızında baş tutmuşdu. Qeyd edək ki, həmən oyunda heç-heçə (1:1) qeydə alınmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə