Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki MSNBC kanalında öz siyasi tok-şousu ilə debüt edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o, Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri Hakim Cefris, Miçiqan qubernatoru Qrethen Uitmer və Nyu-York meri Erik Adamsı canlı yayıma dəvət edib. Sonuncu ilə Psaki şəhər metrosunda da söhbətləşib.
Xatırladaq ki, Psaki Ağ Evin mətbuat katibi postunu 2022-ci ilin mayında tərk edib. Onun çıxışları çoxsaylı yanlışlıqlarla yadda qalıb. Belə ki, bir dəfə Psaki NATO-nun baş katibi Yens Stoltenberqi BMT-nin baş katibi, ABŞ dövlət katibi Entoni Blinkeni isə ölkə prezidenti adlandırıb. Bundan əlavə, o, Tokio Yay Olimpiya Oyunlarını Pekin Qış Oyunları ilə qarışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB