Ukrayna sərhədçiləri 14 rus hərbçisini zərərsizləşdirib

Ukrayna sərhədçiləri 14 rus hərbçisini zərərsizləşdirib

Ötən sutka ərzində Ukrayna sərhədçiləri Rusiya ordusunun Baxmut şəhərinə dörd hücumunu dəf edərək, 14 rus hərbçisini zərərsizləşdirib. SİA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Vaqner dəstələri sakitcə müdafiə xəttini yarmağı planlaşdırırdılar. Lakin onlar müdafiəçilərimizdən cəmləşmiş atəş gördülər. İşğalçılar xarabalıqların arasından qaçıblar” - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə