Ekvadorda zəlzələ nəticəsində həlak olanların sayı 12-yə çatıb. SİA TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin prezident administrasiyası məlumat yayıb.
"Hazırda həlak olanların sayı 12 nəfərdir. Yaralılar var, onlara xəstəxanalarda tibbi yardım göstərilir”, -deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB